ELM VƏ TƏHSİL


Dual peşə təhsili və təlimi pilotlarının yaradılması layihəsi uğurla həyata keçirilir

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin idarəetmə komitəsinin ikinci iclası keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd layihə çərçivəsində görülən işlərin və növbəti mərhələ üçün fəaliyyət istiqamətlərinin müzakirəsi olub.

İclasda Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri, eləcə də peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti iştirak edib. Tədbirdə GİZ-in nümayəndələri tərəfindən layihənin icra vəziyyəti barədə ümumi məlumat verilib, görülən işlərə dair hesabatlar təqdim olunub.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində GİZ tərəfindən icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.