ELM VƏ TƏHSİL


Dual proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə təhsil alan tələbələrinin yekun qiymətləndirilməsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Fairmont Bakı Hotel”, “JW Marriott Absheron Baku”, “Baku Marriott Hotel Boulevard”, “Hilton Hotel”, “Courtyard by Mariott Baku”, “The Merchant Baku” ilə bağlanan müqaviləyə əsasən dual təhsil proqramı üzrə təlimin praktiki hissəsi yekunlaşmaq üzrədir. Proqrama uyğun olaraq seçilmiş tələbələr peşə təhsili mərkəzində nəzəri biliklərlə yanaşı qeyd olunan hotellərdə praktiki bacarıqlara yiyələnib.

Yekun qiymətləndirmənin ilkin mərhələsi olan istehsalat sınaq işinin qiymətləndirilməsində işəgötürən təşkilatların nümayəndələri yaxından iştirak edib.

İxtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üzrə təhsilalanların bacarıq və vərdişləri qiymətləndirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində icra olunan proqramın məqsədi turizm sənayesi nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.