MƏDƏNİYYƏT


“Dubai Expo 2020” sərgisinin ərazisinin yaşıllaşdırılmasına 75 milyon dollardan çox vəsait sərf olunacaq

Əbu-Dabi, 19 avqust, AZƏRTAC

“Dubai Expo 2020” sərgisinin ərazisindəki yaşıllaşdırma, o cümlədən landşaft və irriqasiya işlərinin aparılmasına sərf olunacaq vəsaitin həcmi 277 milyon dirhəm (75,4 milyon dollar) təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dubay bələdiyyəsinin infrastruktur işləri üzrə şöbəsinin icraçı direktoru Taleb Abdulkərim Cilfar mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, 3,57 kvadratmetr ərazidə aparılacaq işlər sərginin rəsmi açılışına qədər başa çatmalıdır.

Tədbirin baş tutacağı məkanda, 86 çoxfunksional binalar daxil olmaqla, qonaqlara açıq havada tədbirlərin keçirilməsi üçün bitkilərlə bəzədilmiş geniş meydançalar təklif olunacaq. Bu sırada 2,5 min nəfərlik “Al Fursan Park” və 15 min nəfərə hesablanmış “Jubilee Park” mühüm yer tutur. Dubay bələdiyyəsi tərəfindən yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə ümumi 22,5 milyon dirhəm (6,1 milyon dollar) dəyərində 863 mindən çox bitki alınıb.

“Dubai Expo 2020”nin daşınmaz əmlak üzrə layihələrin baş direktoru Əhməd Əl Xatıb əlavə edib ki, sərgidə təkcə orijinal binalar və pavilyonlar deyil, həmçinin parklar, yollar, fəvvarələr, o cümlədən nəhəng ekran funksiyası daşıyan “Al Wasl Dome” günbəzi təqdim olunacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.