İQTİSADİYYAT


Dubay 2025-ci ilədək 25 milyon turist cəlb edəcək

Əbu-Dabi, 5 oktyabr, AZƏRTAC

Dubayın İcraiyyə Şurasının hazırladığı “Dubai Tourism Strategy” strategiyası 2025-ci ilədək 25 milyon turisti Əmirliklərə cəlb etməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, strategiyaya uyğun olaraq, turist axını 2022-ci ildə 21-23 milyon nəfərdən 2025-ci ilədək 23-25 milyon nəfərədək artacaq.

Dubayın vəliəhdi və Əmirliyin İcraiyyə Şurasının başçısı şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktum bildirib ki, Dubay dünyanın ən çox ziyarət edilən şəhəri olmaq niyyətindədir. Bu məqsədə çatmaqdan ötrü dünyanın hər yerindən səyahətçiləri cəlb edən çoxlu layihə və təşəbbüslər həyata keçiriləcək.

Strategiya çərçivəsində “Yalnız Dubayda” adlı tam turist paketləri, həmçinin “ağıllı” şopinq proqramları, Dubayın biznes və turizm inkişafı mərkəzi kimi cəlbediciliyinin artırılmasına yönələn yeni vasitələr yaradılacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.