İDMAN
“Dubay Open” beynəlxalq şahmat turnirinin qalibi məlum olmuşdur VİDEO
Bakı, 16 aprel (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərində on altıncı dəfə keçirilən “Dubay Open” beynəlxalq şahmat turniri başa çatmışdır. Turnirdə dünyanın 39 ölkəsindən 148 şahmatçı, o cümlədən FİDE titullarına malik olan 87 idmançı iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, fransalı qrossmeyster Romen Eduar doqquz mümkün xaldan səkkiz xal toplayaraq turnirin qalibi olmuşdur. Eduardo Bonelli İturrisaqa (Venesuela) və Yuri Kuzubov (Ukrayna) liderdən bir xal geri qalmışlar. Azərbaycan şahmatçısı, FİDE ustası Nərmin Xələfova turniri 5 xalla, digər həmyerlimiz Həsən Quliyev isə dörd xalla başa vurmuşdur.
Sonuncu turda şahmatçılarımızın hər ikisi qara fiqurlarla oynayırdı. Bu turda Nərmin Xələfova İran şahmatçısı Niuşa Əfşara qalib gəlmiş, Həsən Quliyev isə Hindistan nümayəndəsi A Nimi ilə heç-heçə oynamışdır.
Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarət idi.