İDMAN


Dubay Qran-Prisində uğurla çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə milli komandası fevralın 15-də Vətənə qayıdıb.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, Dubayda keçirilmiş Qran-Pridə 6 idmançı ilə təmsil olunan komandamız yarışlarda 1 qızıl və 2 bürünc medal qazanıb. Belə ki, Heydər Həmidli nizə atmada (F57 kateqoriyası) birinci, Elvin Astanov (F53 kateqoriyası) və Oloxan Musayev (F56 kateqoriyası) nüvə itələmə yarışlarında üçüncü pillədə yer alıblar.

H.Həmidli və E.Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını daha da artırıblar.

Qeyd edək ki, aprelin 1-də Beynəlxalq Para Atletika Federasiyası “Tokio-2020”yə lisenziya qazanmış idmançıların adlarını açıqlayacaq.

Bu günə paraatletlərimizdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə dünya çempionatındakı nailiyyətlərinə görə “Tokio-2020”yə birbaşa lisenziya qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.