CƏMİYYƏT


Dubay birdəfəlik plastik qablardan imtina etmək niyyətindədir

Bakı, 27 yanvar, AZƏRTAC

Dünyada hər il 300 milyon tondan çox plastik istehsal olunur. Təbiət üçün təhlükəli olan tullantılara qarşı mübarizə plastikdən hazırlanmış məhsullarından istifadənin məhdudlaşdırılması ilə başlayır. Bir çox ölkələr, regionlar və şəhərlər bu məsələni qarşılarına vəzifə qoyublar. Dubay da onların sırasındadır.

Dubay beynəlxalq aeroportu və onun ətrafında yerləşən işgüzar və mehmanxana kompleksindən ildə 90 milyonadək sərnişin istifadə edir. Bu səyahətçilər ordusu 5,5 min ton plastik tullantı “istehsal” edir. Vəziyyət dəyişməyə söz verir: Yeni ildə aeroportun terminallarında birdəfəlik plastikdən olan məhsullar qadağan edilib.

AZƏRTAC bu barədə “Euronews”a istinadla xəbər verir.

Plastikdən hazırlanmış çəngəllər, içki üçün çubuqlar, stəkan və paketlər buradakı kafe və mağazaların piştaxtalarından yığışdırılmalıdır. “Bizim tərəfdaşlarımızın 95 faizi plastikdən imtina etmək, ictimai iaşə və pərakəndə satış sahəsinə uyğun olan alternativlərin dövriyyəyə salmağı üzərlərinə vəzifə götürüblər”, - deyə Dubay beynəlxalq aeroportunun icraçı vitse-prezidenti Yucin Barri bildirib.

Hava limanının ardınca Dubayın 700 oteli ardıcıl olaraq masa və bar stollarından plastik butulkaları çıxararaq onları şüşə qablarla əvəz edirlər. Plastik kartlar – otaqlar üçün açarlar da keçmişə qovuşacaq, onları taxta əsasında hazırlanmış daşıyıcılar əvəzləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.