DÜNYA
Dubay polisi “ağıllı” polis avtomobillərini təqdim edib
Əbu-Dabi, 26 noyabr, AZƏRTAC
Dubay polisi ən müasir və texniki cəhətdən dünyada ən mükəmməl polis patrul avtomobillərinin yeni nəslini təqdim edib.
AZƏRTAC Dubay KİV-lərinə istinadla xəbər verir ki, yolsuzluq şəraiti üçün nəzərdə tutulan bu avtomobillər süni intellekt texnologiyaları ilə, o cümlədən insanları üzdən tanıma vasitələri ilə təchiz olunub. Sensor ekranlar və müasir rabitə vasitələri quraşdırılmış bu avtomobillər axtarışda olan nəqliyyat vasitələrinin nömrə nişanlarını tanımağa və komanda məntəqəsi ilə operativ əlaqə saxlamaq üçün imkan verir.
Cinayətkarlığa qarşı mübarizədə bu cür avtomobillərdən istifadə edilməsi daim müasir texnologiyalar tətbiq etməklə öz fəaliyyətini təkmilləşdirən Dubay polisinin işini xeyli asanlaşdıracaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]