DÜNYA
Dubay polisi dəyəri 20 milyon dollar olan oğurlanmış brilyantı öz sahibinə qaytarıb
Əbu-Dabi, 27 iyul, AZƏRTAC
Dubay polisi yerli şirkətin anbarından oğurlanmış iri brilyantı tapıb və öz sahibinə qaytarıb.
AZƏRTAC Dubay KİV-lərinə istinadla bildirir ki, çəkisi 9,33 karat, dəyəri 20 milyon dollar olan qiymətli daş mayın 25-də oğurlanıb. Hadisə Dubaydakı sərbəst iqtisadi zonalardan birinin ərazisində baş verib.
Qeyd edilir ki, oğurlanmış daş dəniz yolu ilə ayaqqabı qutusunda Şri-Lankaya göndərilibmiş. Ciddi təhqiqatdan sonra polis bu daşı öz sahibinə qaytarmağa nail olub.
Hadisəni törətməkdə şübhəli bilinən valyutadəyişmə məntəqəsinin işçisi BƏƏ-də həbs edilib. Asayiş keşişçiləri bu cinayətin açılması əməliyyatını həyata keçirmək üçün videomüşahidə kameralarının 8620 saatlıq yazısını araşdırmalı və təxminən 120 nəfəri istintaq etməli olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]