DÜNYA


Dubay polisi narkotiklərə qarşı mübarizə çərçivəsində iri əməliyyat keçirib

Dubay, 14 may, AZƏRTAC

Dubay polisi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tarixində narkotiklərə qarşı mübarizə çərçivəsində “Stalker” adlı ən iri əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, Dubay polisinin narkotiklərə qarşı mübarizə üzrə baş idarəsinin apardığı əməliyyat nəticəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan iki beynəlxalq cinayətkar dəstə saxlanılıb, narkotik vasitələrin daşınma yolları ifşa edilib.

Dubay polisinin baş komandanı, general-mayor Abdulla Xəlifə Əl-Marrinin sözlərinə görə, əməliyyat zamanı polis əməkdaşları tərəfindən 365 kiloqram heroin, metamfetamin və həşiş müsadirə edilib ki, bunların da bazar qiyməti 278,050 milyon dirhəm dəyərləndirilir. Bu, BƏƏ-nin tarixində ən iri partiyalardan biri hesab edilir. Əl-Marri qeyd edib ki, uğurlu əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan hər iki cinayətkar dəstənin 16 üzvü şübhəli şəxs qismində saxlanılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.