DÜNYA
Dubayda 22-ci şopinq festivalı keçiriləcək
Bakı, 19 iyun, AZƏRTAC
Bu yay iyunun 21-dən avqustun 3-dək Dubay yenidən illik “Dubai Summer Surprises” (DSS) endirimli alış-veriş festivalının keçiriləcəyi məkana çevriləcək.
Dubayın Festivalları və Pərakəndə Satışı idarəetmə Departamenti (DFRE) tərəfindən təşkil edilən 22-ci festival 6 həftə davam edəcək və Dubayın qonaqlarını yaxşı endirimlər, yay təklifləri və xüsusi tədbirlərlə sevindirəcək. Tədbirlər şəhərin hər yerində - mağazalarda, otellərdə, tematik parklarda və əyləncə mərkəzlərində keçiriləcək.
Departamentin baş direktoru Əhməd Al-Haca deyib: “Şəhər sakinləri və qonaqlar “Dubai Summer Surprises” festivalını həmişə səbirsizliklə və böyük ruh yüksəkliyi ilə gözləyirlər. Tərəfdaşlarımızın bu il hansı qeyri-adi tədbirlər hazırlaması bizim üçün çox maraqlıdır. Biz bütün qonaqları yenidən Dubayda salamlayırıq, onları Əmirliklər tərəfindən bu yay aylarında təklif olunacaq hər fürsətdən tam istifadə etməyə çağırırıq”.
Ötən il “Dubai Summer Surprises”də iştirak edənlər bu mövsüm artıq sevdikləri tədbirlərə, məsələn, “Modhesh World” festivalına və “Günün təklifi” aksiyasına (hər gün müəyyən olunan yerdə bir brendə yalnız həmin gün ərzində qüvvədə olan eksklüziv endirim təklif edilir) qayıtmaqlarına çox sevinəcəklər. Dubayın ən yaxşı akvaparklarında və tematik parklarında təşkil olunacaq atəşfəşanlıq və xüsusi təkliflər balaca qonaqlarımızın xoşuna gələcək. Festivalın təşkilatçıları bütün yay dövrü ərzində xoş təsir bağışlayacaq hədiyyələr qazanmaq fürsəti də daxil olmaqla turistlərin və şəhər sakinlərinin zövqünü oxşayacaq yeni əyləncə növləri təşkil ediblər. Festival tədbirlərinin tam siyahısı ilə www.dubaisummersurprises.com saytında və @DSSsocial sosial şəbəkə ünvanında tanış ola bilərsiniz.