İDMAN


Dubayda Karate 1 Premyer Liqa turnirində daha səkkiz idmançımız mübarizəyə qoşulub

Bakı, 15 fevral, AZƏRTAC

Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirində Azərbaycan komandasının mübarizəsi davam edir.

AZƏRTAC xəbər verir iki, turnirin ikinci günündə kumite yarışlarında kişi karateçilərimizdən Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), qadın idmançılarımızdan İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edirlər. Kata yarışında isə Roman Heydərov mübarizə aparır.

Turnirin birinci günündə Rafael Ağayev (75 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada onun rəqibi Luici Busa (İtaliya) olacaq. Rafiz Həsənov (67 kq) isə bürünc medal uğrunda görüşdə türkiyəli Burak Uyğur ilə üz-üzə gələcək.

Medal döyüşləri və mükafatlandırma mərasimi yarışların sonuncu günündə - fevralın 16-da olacaq.

Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.