DÜNYA
Dubayda Yollar və Nəqliyyat İdarəsi öz müştəriləri ilə “WhatsApp” messencer vasitəsilə əlaqə saxlayacaq
Dubay, 17 iyul, AZƏRTAC
Dubayın Yollar və Nəqliyyat İdarəsi yaxın vaxtlarda “WhatsApp” messencer bazasında yeni servis tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, Dubayda bu yeni xidmət tətbiq ediləndən sonra müştərilər yol hərəkəti qaydalarının pozulmasına görə cərimə ödənilməsi məsələlərinə dair Yollar və Nəqliyyat İdarəsi ilə ani informasiya mübadiləsi formatında əlaqə saxlaya biləcəklər.
İstifadəçilər cərimələr barədə bütün zəruri məlumatı öz smartfonunun köməyi ilə ala biləcəklər. Yeni xidmətdən istifadə etmək üçün cəriməni “WhatsApp” messencer vasitəsilə ödəmək arzusunda olmağınızı göstərilən telefon nömrəsinə bildirməyiniz kifayətdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]