DÜNYA


Dubayda astronomik kurort açılacaq

Abu-Dabi, 18 avqust, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, sentyabr ayında Dubayda “Al Thuraya” Astronomiya Mərkəzi açılacaq. 2018-ci ildə isə Marmun səhrasında astronomik kurortun yaradılması planlaşdırılır. Astronomiya Mərkəzinin rəsmi açılış mərasimi Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı günündə - dekabrın 2-də olacaq.

AZƏRTAC xəbər verir ki, mərkəzin layihə dəyəri 50 milyon dirhəmdir (13,6 milyon dollar). Bu layihənin reallaşdırılması ilə yeni turizm marşrutunun işə salınması nəzərdə tutulur.

Qeyd edilir ki, rəsədxana, güzgüsünün diametri 1 metr olan teleskopla təchiz ediləcək. Rəsədxanada sinif otaqları və laboratoriyaları olan akademiya, xarici müşahidə meydançası, 100 adamlıq kinoteatr, mağaza, kafe və kitabxana yaradılacaq. “Al Mushrif” parkında yerləşən və sahəsi 2696 kvadratmetr olan bina bürc formalarında landşaft bağları ilə bəzədiləcək.

Astronomiya Mərkəzi ictimaiyyəti BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Maktumun təşəbbüsü ilə başlanmış “Mars-2117” layihəsi, yüz ildən sonra Marsda şəhər tikintisi planları barədə məlumatlandıracaq.

Növbəti layihə Hatta dağındakı rəsədxana olacaq. Onun açılışı 2019-cu ilə planlaşdırılır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.