DÜNYA


Dubayda avtonom uçan taksinin sınaqları keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Dubayda pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 kilometr təşkil edir.

Məlumata görə, sərnişinlərin təhlükəsizliyinin təmini üçün pilotsuz uçan aparat paraşütlər və doqquz müstəqil akkumulyatorla təchiz ediləcək.

Sərnişinin avtonom taksini mobil telefon proqramı vasitəsilə sifariş edə biləcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.