DÜNYA
Dubayda dünyada ən böyük təyyarə şəklində instalyasiya yaradılıb VİDEO
Əbu-Dabi, 25 noyabr, AZƏRTAC
Dubayda çiçəklərdən hazırlanmış “Emirates A 380” təyyarəsi şəklində, dünyada ən böyük instalyasiya yaradılıb. Əmirliyin KİV-lərində yayılmış məlumata görə, instalyasiyanın ölçüləri həqiqi təyyarənin ölçüləri kimidir: onun uzunluğu 73 metr, hündürlüyü 24 metrdir.
İnstalyasiyanın hazırlanmasında 500.000-dən çox çiçək və başqa bitkilərdən istifadə edilib. Çəkisi 100 ton olan bu konstruksiya çiçəklənməyə başlayanda instalyasiyada 5 milyondan çox gül açılacaq. Bu layihə üzərində 180 gün ərzində 200 nəfər çalışıb.
Yeni incəsənət əsəri “Dubai Miracle Garden” parkında yerləşdirilib. Artıq noyabrın 27-də bu parka gələn hər kəs nəhəng “gül” təyyarəyə tamaşa edə biləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]