DÜNYA


Dubayda dünyanın 17 milyon dollar dəyərində ən bahalı ayaqqabısı nümayiş etdiriləcək

Əbu-Dabi, 26 sentyabr, AZƏRTAC

Dubayda “BurjAlArab” otelində dünyanın 17 milyon dollar dəyərində ən bahalı ayaqqabısı nümayiş etdiriləcək.

AZƏRTAC Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinə istinadla xəbər verir ki, “Passion Diamond” tuflisi xalis qızıldan hazırlanıb və hər cütü 15 karatlıq brilyantla bəzədilib. Eksklüziv ayaqqabı, ümumilikdə tuflinin haşiyəsində yerləşən 236 brilyantla işlənilib.

“Jada Dubai” şirkəti özünün sonuncu kolleksiyasından brilyant, yaqut, qızıl və mirvari ilə bəzədilmiş daha 3 cüt ayaqqabını nümayiş etdirəcək. Yeni kolleksiyaya 25 min dollar dəyərində “Diamond Pearl Stilettos”, 27 min dollar dəyərində “Ruby Stilettos” və 17 min dollar dəyərində “DiamondandGoldStilettos” daxildir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.