DÜNYA
Dubayda dünyanın ən bahalı qəhvəsi təqdim olunacaq
Abu-Dabi, 19 sentyabr, AZƏRTAC
“Arabian Business” nəşri xəbər verir ki, qəhvəsevərlər sentyabrın 30–da Dubayda dünyanın ən bahalı və dadlı qəhvə sortu olan “Esmeralda Geisha Canas Verdes”dən ləzzət ala biləcəklər.
AZƏRTAC xəbər verir ki, “Esmeralda Geisha” qəhvəsinin 15 qramı 250 dirhəmə (68 dollar) satılacaq. Ən bahalı qəhvə sortunun partiyası hərracda rekord qiymətə - kiloqramı 4867 dirhəmə (1325 dollar) əldə edilib. Bəzi məlumatlara görə, qəhvənin qiymətinin bu dərəcədə baha olması, bu növün toxumunun dünyada cəmi 45,5 kq qalması ilə bağlıdır.
Qəhvə Al Quoz rayonunun “Seven Fortunes” qəhvəxanasında təqdim ediləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]