DÜNYA
Dubayda dünyanın ilk üzən supermarketi istifadəyə veriləcək
Əbu-Dabi, 5 dekabr, AZƏRTAC
Dubayda – Fars körfəzinin sahilində “Carrefour” beynəlxalq ticarət şəbəkəsi tərəfindən dünyanın ilk üzən supermarketi istifadəyə veriləcək.
AZƏRTAC “The National” nəşrinə istinadla xəbər verir ki, üzən supermarket yaxtaların ekipaj üzvləri, su motosikletləri və sürətli qayıqları idarə edən idmançılar, həmçinin çimərliyə gələnlər üçün nəzərdə tutulub. Burada alıcılara xidmət suda həyata keçiriləcək və sifarişlər “Kite Beach”, “Jumeirah Public beach” və “Al Sufouh Beach” çimərliklərinə çatdırılacaq. Supermarketdə müştərilərə 300 çeşiddə mallar - ərzaq məhsulları, qəlyanaltı, içkilər, habelə kosmetik vasitələr və dərman preparatları təklif olunacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]