DÜNYA


Dubayda hər ay 100-ə yaxın restoran və kafe açılır

Dubay, 9 fevral, AZƏRTAC

Dubay şəhərində hər ay 100-ə yaxın restoran və kafe açılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dubay əmirliyinin İqtisadı inkişaf departamentinin qeydiyyat və lisenziya şöbəsinin hesabatında məlumat verilir. 2018-ci ildə Dubayda 1109 kafe və restoranlar açılıb, bu keçən illə müqayisədə 9,7% çoxdur. Son hesablamalara görə, əmirlikdəki turistlərə və yerli əhaliyə xidmət göstərən yeni restoran və kafelərin ümumi sayı 11,813 çatıb.

Qeyd olunur ki, yeni otellərin, əyləncə mərkəzlərinin, tematik parkların inşa edilməsi və digər infrastruktur layihələrin həyata keçirilməsi restoran biznesinin genişlənməsinə rəvac verib.

Dubayda Expo-2020 beynəlxalq sərgisinin keçirilməsi ərəfəsində əmirlikdə bir sıra layihələr reallaşdırılıb, o cümlədən, yeni ticarət-əyləncə mərkəzləri, otellər, yaşayış binaları və parklar istifadəyə verilib. Bütün bunlar əmirlikdə restoran biznesinin inkişafına müsbət təsir göstərib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.