ELM VƏ TƏHSİL


Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüş

Bakı, 7 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Hult Prize” müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmış BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Firudin Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün belə layihələrdə iştirakın əhəmiyyətini vurğulayaraq, onları təbrik edib.

Bildirilib ki, müasir dövrdə dünyada artıq qəbul olunan 5-ci sənaye inqilabı şəraitində əmək bazarında rəqabətədavamlılıq baxımından müasir yanaşmalara sahib istedadlı tələbələri bir yerə toplayan “Hult Prize” müsabiqəsində iştirak həm də ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyə imkan yaradacaq.

Tələbələr müsabiqədə təqdim edəcəkləri “First Step” layihəsi haqqında məlumat veriblər. Layihə gənclərin işsizlik problemlərinin lokal və qlobal şəkildə həll edilməsi, on il ərzində on minlərlə tələbənin işlə təmin olunması məqsədi daşıyır.

Tələbələr müsabiqədə fəal olacaqlarını, ölkəmizi və Bakı Dövlət Universitetini layiqincə təmsil edəcəklərini vurğulayıblar.

Müsabiqənin final mərhələsi sentyabr ayında ABŞ-ın Nyu-York şəhərində keçiriləcək. Qalib komanda üçün mükafat 1 milyon ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.