DÜNYA
Dubayda özüyeriyən “ağıllı” arabalar təqdim olunacaq
Əbu-Dabi, 2 oktyabr, AZƏRTAC
Dubayda alıcıları özüyeriyən “ağıllı” arabalar müşayiət edəcək.
AZƏRTAC xəbər verir ki, Dubay bələdiyyəsinin anons etdiyi “ağıllı” arabalar Əmirliklərin “Al Aweer”də yerləşən ticarət komplekslərinin birində təqdim olunacaq. Avtonom arabalar “öz alıcısını” müəyyən edə və onun ardınca getməyi bacaracaq, həmçinin alıcının iştirakı olmadan ərzaqları sərbəst avtomobilə çatdıra biləcəklər.
Dubay bələdiyyəsi, həmçinin satış yerlərində planşetlərlə bağlı layihənin anonsunu verib. Bu cihazların köməyi ilə bələdiyyə müfəttişləri meyvə və tərəvəzlərin vəziyyətini uzaq məsafədən öyrənə və bu məlumatı ölkənin limanlarından keçən ərzaq məhsullarının məlumatları ilə əlaqələndirə biləcəklər. Alıcılar, həmçinin planşetin köməyi ilə ərzaqların istehsal edildiyi ölkə, saxlanma müddəti və digər faydalı məlumatlara yiyələnəcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]