DÜNYA


Dubayın öz “Şöhrət xiyabanı” olacaq

Dubay, 18 mart, AZƏRTAC 

Dubayın öz “Şöhrət xiyabanı” olacaq

AZƏRTAC xəbər verir ki, Dubayın düz mərkəzində, “Daun taun” rayonunda yerləşəcək “Şöhrət xiyabanı”nda əvvəl 400 məşhurun adları həkk ediləcək. Perspektivdə burada 10 mindən çox ulduz yerləşdiriləcək. Bu, Hollivudun “Şöhrət xiyabanı”ndakından 4 dəfə çoxdur. Ulduzlar həm yerli, həm də əcnəbi mədəniyyət və idman xadimlərinin adlarını daşıyacaq. Dünyanın hər yerindən insanlar layihədə iştirak etmək üçün öz sevimli məşhurlarını təqdim edə biləcəklər.

Xiyabanın birinci növbəsi 2019-cu ilin oktyabrında açılacaq və qısa müddətdə Dubayın ən görməli məkanlarından birinə çevriləcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.