MƏDƏNİYYƏT


“Dublyajda səs çələngi” adlı bədii gecə keçiriləcək

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 15-də Nizami Kino Mərkəzində “Dublyajda səs çələngi” adlı bədii gecə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda 1937-ci ildə yaranan dublyaj sənətinin tarixinə nəzər salınacaq, inkişaf mərhələsindən, bugünkü fəaliyyətindən bəhs ediləcək.

“Çapayev” filmi ilə başlayan dublyaj sənəti uğurlu inkişaf mərhələsi keçib, hər il “Azərbaycanfilm” kinostudiyasında onlarla film Azərbaycan dilinə dublyaj olunub. Xarici filmlərin doğma dilimizdə təqdim olunması ekran əsərlərinin məna və məzmunun daha aydın başa düşülməsinə səbəb olub, kinosevərlərin dünya kinosu ilə yaxından tanış olmasına imkan yaradıb. Bununla yanaşı, dublyaj sənəti üzrə püxtələşən sənətkarlarımız danışıq dilindən istifadə qaydalarını ətraflı şəkildə izah edib, Azərbaycan dilinin daha da sevilməsinə səbəb olub. 82 ildir ki, xalqa xidmət edən, ana dilimizin keşiyində duran, bu gün də inkişaf mərhələsini yaşayan dublyaj sənətinin əsas məqsədi dövlət dilindən istifadənin yaxşılaşmasına təkan vermək, Azərbaycan dilinin zənginliyini qorumaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.