DÜNYA


Dueyn Conson və Cek Blekin iştirakı ilə  “Cumanci”nin ikinci treyleri çıxıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Dueyn Conson və Cek Blekin iştirakı ilə “Cumanci: Cəngəlliklərin çağırışı” filminin ikinci treyleri çıxıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, çarxı “Sony Pictures” studiyası “YouTube” portalında yerləşdirib.

Filmdə, həmçinin Karen Gillan və Kevin Xart çəkiliblər.

Orijinal lent 1995-ci ildə buraxılıb. Fövqəltəbii stolüstü oyun haqqında danışılan filmdə baş rolu Robin Uilyams ifa edib.

İndiki filmdə “Cumanci” aləmində dörd yeniyetmənin videooyun personajına çevrilməsindən bəhs olunur. Qəhrəmanlar həyatlarının ən təhlükəli macərasına yollanmalıdır. Əks halda onlar oyunda ilişib qala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.