CƏMİYYƏT


Dumanlı hava ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Dumanlı hava ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 10-da ölkə ərazisində arabir duman ilə əlaqədar Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Xaldan-Mingəçevir, Giləzi-Xızı, Göyçay-Ucar, Goranboy-Tərtər, Bərdə-İstisu, Yevlax-Zaqatala, Naxçıvan-Ordubad, Masallı-Yardımlı, Ələt-Astara, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı proqnozlaşdırılır. Dağlıq rayonlarda isə şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.