CƏMİYYƏT


Dumanlı hava şəraiti ilə əlaqədar bəzi magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Bakı, 28 yanvar, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 29-da gecə və səhər saatlarında ölkə ərazisindəki magistral avtomobil yollarının bəzi hissələrinin dumanlı olacağı gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində gözlənilən dumanlı hava şəraitinə görə, Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Xaçmaz, Quba-Qusar, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Bəhramtəpə-Biləsuvar, Bərdə-İstisu, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağdam-Füzuli-Horadiz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Naxçıvan-Şahbuz, Lənkəran-Lerik magistral avtomobil yollarında görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.