MƏDƏNİYYƏT


Dünəndən bu günə yadigar qalan rəsm əsərləri sərgilənib

Bakı, 13 aprel, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universitetində bu ali məktəbin mərhum tələbəsi Ləman Kərimovanın xatirəsinə həsr olunan rəsm sərgisi keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə universitetin rektoru, professor Cəfər Cəfərov gənc yaşlarında bir sıra mükafat və diplomlara layiq görülən mərhum tələbə Ləman Kərimovanın sənət dünyasını seyr etmək və tanış olmaq imkanı yaratdıqlarına görə rəssamın yaxınlarına və ailə üzvlərinə təşəkkürünü bildirib. İstedadlı tələbənin dünəndən bu günə yadigar qalan rəsm əsərlərində yaşayacağını söyləyib.

Sərgidə mərhum tələbənin müxtəlif janrlı əsərləri nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.