DÜNYA
Dünya Ərzaq Proqramı: Şimali Koreyaya yardım üçün 32,1 milyon dollara ehtiyac var
Bakı, 24 yanvar, AZƏRTAC
BMT-nin Dünya Ərzaq Proqramının bu il Koreya Xalq Demokratik Respublikasına (KXDR) humanitar yardım üçün 32,1 milyon ABŞ dollarına ehtiyacı var.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyada əhalinin təxminən 40 faizindən çoxu – 10,3 milyon nəfər ərzaq çatışmazlığından əziyyət çəkir. Dünya Ərzaq Proqramının hesabatında KXDR-də kifayət qədər kənd təsərrüfatı texnikasının olmaması, əkin üçün yararlı torpaqların azlığı, gübrə yetərsizliyi ölkədə ərzaq çatışmazlığına səbəb olan başlıca amillər kimi göstərilib. Bundan başqa, quraqlıq və daşqınlar da məhsuldarlığın aşağı olmasına səbəb olur.
Bildirilir ki, beynəlxalq sanksiyalar KXDR-ə humanitar yardımları qadağan etməsə də, bu yardımların təşkili, o cümlədən bank əməliyyatları, daşınma məsələləri üçün çətinliklər yaradır. Belə ki, daşıma şirkətlərinin çoxu sanksiyalardan ehtiyat edərək öz gəmilərinin humanitar yardımlar da daxil olmaqla KXDR-ə yük aparmasına razı deyillər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]