CƏMİYYƏT


Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər təşkil edilib

Bakı, 1 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici görüşlər, seminarlar keçirilib, autizm sindromlu uşaqların ailələrinə səfərlər təşkil edilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə UADM-lərin əməkdaşları, tələbələr, mərkəzlərin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən autizm sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində məqsəd autizm spektr pozuntusu olan şəxslərə kömək etmək və onlar üçün cəmiyyətdə bütün səviyyələrdə bərabər imkanların yaradılması, valideynlərin məlumatlandırılması, inklüziv təhsilə, sosial xidmətlərə çıxışın əlçatanlığına nail olmaqdır.

Tədbirlərdən ümumilikdə 300-ə yaxın iştirakçı bəhrələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.