CƏMİYYƏT


Dünya Azərbaycanlılarının Həmrəylik Günü Serbiyada da qeyd edilib

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.

Təbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciəti oxunub.

Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən və əhəmiyyətindən danışıblar. Bu günün təsis olunmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolu qeyd edilib. Bildirilib ki, Azərbaycan xalqının həmrəyliyinə və milli birliyinə yönəlmiş siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.