MƏDƏNİYYƏT


Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Sehirli simlər” ansamblının debüt konserti olub

Bakı, 30 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində yeni yaradılmış “Sehirli simlər” violinçilər ansamblının Beynəlxalq Muğam Mərkəzində debüt konserti olub.

AZƏRTAC xəbər verir ki, konsert Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Ansamblın bədii rəhbəri, Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin direktoru, əməkdar müəllim İlhamə Ağayevadır. Konsertdə çıxış edən İ.Ağayayeva dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkə mədəniyyətinin inkişafına göstərilən yüksək qayğı və diqqətdən danışıb, eyni zamanda, dünya azərbaycanlılarını birləşdirən musiqi dəyərlərinə verilən əhəmiyyətli dəstəkdən bəhs edib.

Sonra dinləyicilərə biri-birindən gözəl musiqi əsərləri təqdim olunub.

Gənc iştirakçıları səhnədə müşayiət edən respublika və beynəlxalq müsabiqələr laureatı Ləman Hüseynova və Fəqan Həsənlinin ifaları yüksək professionallığı ilə seçilib.

Ansambl V.Adıgözəlovun “Laylay” , Azəraycan xalq mahnısı “Sarı Gəlin”, E.Elqarın “Salut ol, Amur”, O.Farresin “Quizas” və bir sıra başqa əsərlərini ifa edərək dinləyicilərin musiqi zövqünə rəng qatıb. Gənc musiqiçilərin sehrli simlərindən çıxan əsrarəngiz musiqi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Sonda Bekmanın “Yoloçka” və Pyerpontun “Cingle Bells” əsərlərindən parçalar hamının ürəyincə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.