SİYASƏT


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir

Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də Bakı Biznes Mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ali məktəb tələbələri üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Şaiq Əsgərov çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, əhalinin bu təbəqəsinə göstərilən diqqət və qayğıdan danışmışdır.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərə diqqət və qayğı ilə yanaşmışdır. Hələ sovet dövründə Ulu Öndər Azərbaycan gənclərini SSRİ-nin aparıcı universitetlərində təhsil almağa göndərirdi. Həmin kadrlar bu gün də ölkəmizin inkişafına töhfə verirlər. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində istedadlı gənclərimiz Avropanın aparıcı universitetlərində təhsil alırlar.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin inkişafı, təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulayan sədr müavini bu işdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun rolunu yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycanda gənclərin sosial problemlərinin həlli, onların ictimai-siyasi fəallığının artırılması məsələləri dövlətin daim diqqət mərkəzindədir.

Vurğulanmışdır ki, hər il spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir. 1995-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan indiyədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş yüzlərlə tələbə bu təqaüddən yararlanmışdır.

Tədbir ziyafət və konsert proqramı ilə davam etdirilmişdir.

Mərasimdə, həmçinin 2013-cü ildə idman və musiqi sahələrində beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış tələbə gənclərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları və pul mükafatları verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.