Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatıb [YENİLƏNİB] VİDEO

Qurultayda mühüm sənədlər qəbul edilib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iclasda çıxış edərək bildirdi ki, iki gün davam edən qurultayda səmərəli müzakirələr aparıldı, maraqlı ideyalar səsləndirildi. Qurultayın açılışında Prezident İlham Əliyevin tarixi nitq söylədiyini vurğulayan Komitə sədri dedi ki, bu nitq diaspor üzvlərinin gələcək fəaliyyəti üçün proqram xarakterli oldu.

Sonra Qurultayın “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri”, “Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya”, “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində”, “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzularında keçirilən panel iclaslarının moderatorları müzakirə olunan məsələlər barədə qısa məlumat verdilər. Bildirildi ki, bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, əlaqələndirməni daha da möhkəmləndirmək üçün gözəl platforma oldu. Panel iclaslarda vurğulanıb ki, dövlətimizin başçısının qurultaydakı nitqi vahid qüvvəyə çevrilmək və Azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu. Moderatorlar qeyd etdilər ki, qurultayın iştirakçıları bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada yayılmasında səylərini əsirgəməyəcəklərini bildiriblər.

Qurultayın əhəmiyyətindən danışan, bu tədbirdə iştirak edən azərbaycanlıların diasporumuzun avanqard hissəsi olduğunu deyən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının yaranma tarixindən söhbət açdı. Qeyd etdi ki, azərbaycanlıların birliyi və həmrəyliyi ideologiyası ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman həyata keçirilib. 1998-ci ildə Ulu Öndər dünya azərbaycanlılarının qurultayının keçirilməsi ideyasını gündəmə gətirəndən sonra biz bu mühüm iş üçün üç il hazırlaşdıq. Biz istəyirdik ki, dünyanın bütün guşələrində yaşayan azərbaycanlılar unudulmasın, onların təşkilatlarını formalaşdıraq, əlaqələrini yaradaq. O dövrdə biz çətinliklərlə də üzləşirdik, çünki dünya azərbaycanlılarının həmrəyliyinə qarşı çıxan qüvvələr var idi. Ancaq bu işin öhdəsindən layiqincə gəldik. Ulu Öndərin böyüklüyü onda idi ki, dünya azərbaycanlılarının birliyi ideyasının təməlinə təkcə Azərbaycan xalqının birliyi və həmrəyliyini qoymadı, eyni zamanda, dünya azərbaycanlılarının yaxşı bir nümunəsinin bünövrəsini qoydu. Ümummilli Lider dünya azərbaycanlılarının birliyini dövlət siyasəti səviyyəsinə qaldırdı. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bunun sübutudur.

Ulu Öndər fəaliyyətində diaspor quruculuğu işinə daim xüsusi diqqətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycançılıq ideyası bir dövlət ideyası kimi formalaşdı, onun məzmunu və forması müəyyənləşdirildi. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, onların təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə bağlı son on ildə 17 sərəncam imzaladığını bildirən Prezidentin köməkçisi vurğuladı ki, dünya azərbaycanlılarının bir araya gəlməsi onların Vətənlə bağlılığının, birlik və həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Əli Həsənov qeyd etdi ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal və nümunəvi olmalı, həmçinin bu ölkələrin cəmiyyətlərinə inteqrasiya etməlidirlər. Prezident İlham Əliyevin nitqində diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu xatırladan Əli Həsənov vurğuladı ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi məsələsi çox önəmlidir. Bu, Azərbaycançılıq ideyasının qorunması, möhkəmləndirilməsi və inkişafı baxımından vacibdir. Dünya azərbaycanlılarının birliyi ona görə vacibdir ki, onlarda azərbaycançılıq hissləri, Vətənlə bağlılıq möhkəmlənsin, ana dilimiz, mədəniyyətimiz, multikultural, tolerant ənənələrimiz daha da inkişaf etdirilsin, həmçinin yaşadıqları ölkələrin cəmiyyətlərində onların vasitəsilə bu ideyalar təlqin olunsun. Azərbaycan Prezidentinin qarşıya qoyduğu digər vəzifələrdən biri də budur ki, artıq müasir dünyanın çağırışlarına müvafiq şəkildə fəaliyyət göstərmək, informasiya məkanına çıxmaq lazımdır. Dünya azərbaycanlıları arasında virtual informasiya əlaqələrinin yaradılması dövlətimizin başçısının Azərbaycan diasporu qarşısında qoyduğu ən önəmli vəzifədir. Bu əlaqələr təkcə dünya azərbaycanlılarının bir-biri ilə ünsiyyətinə deyil, istədiyimiz informasiyanın dünya informasiya məkanına, qlobal virtual məkana çıxarılması vəzifələrinin icrasına xidmət etməlidir. Bundan başqa, diaspor təşkilatları arasında tərəfdaş mühitin formalaşması, əlaqələndirmə işi də vacibdir. Həmçinin dünya azərbaycanlı iş adamları birliyinin yaradılması məsələsi də çox önəmlidir. Artıq bu birliyin yaradılmasının və onun Bakıda təsis konfransının keçirilməsinin, iş adamlarının imkanlarının səfərbər edilməsinin zamanı gəlib çatıb.

Sonra təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olundu.

İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etdilər.

Daha sonra Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olundu.

Qurultay iştirakçıları növbəti dəfə Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçdilər.

Qurultayda Əlaqələndirmə Şurasının tərkibi 109 nəfər olmaqla təsdiqləndi.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Şuranın icra katibi vəzifəsinə seçildi.

Yekun iclasda, həmçinin fəallığı ilə seçilən diaspor təşkilatlarının rəhbərlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri diplomları təqdim olundu.

Bununla da, Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatdı.

Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatıb [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb