SİYASƏT
Dünya Azərbaycanlılarının V Qurultayı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
Ankara, 23 aprel, AZƏRTAC
Dünya Azərbaycanlılarının V Qurultayı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “TRT AVAZ”, “Haber Global”, “TRT Haber” və digər telekanallar, “Sabah”, “Hüriyyət” və s. qəzetlər, digər media quruluşları tərəfindən yayılan məlumatlarda Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqinə geniş yer verilib.
Zəfər qurultayı barədə videomateriallar və fotolar yaymaqla növbəti dəfə Şuşadan Türkiyə ictimaiyyətinə ətraflı məlumat verən media qurumları diqqətə çatdırıblar ki, Prezident İlham Əliyev Ermənistana növbəti dəfə sərt xəbərdarlıq edib.
Qurultayın tərkibinə xüsusi həssaslıqla yanaşan Türkiyə mediası yazır ki, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətini dinamik inkişafda saxlamaq üçün mənəvi stimul rolunu oynayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara