İQTİSADİYYAT


Dünya Bankı 2019-2020-ci illərdə neftin qiyməti barədə proqnozu azaldıb

Bakı, 9 yanvar, AZƏRTAC

Dünya Bankı yaxın iki il üçün neftin orta qiyməti barədə öz proqnozunu azaldaraq 1 barrel üçün 67 dollara endirib. Bu, Dünya Bankının dekabrda elan etdiyi proqnozdan 4 dollar aşağıdır.

AZƏRTAC xəbər verir ki, bu məlumat Bankın yanvar ayı üçün “Dünya iqtisadiyyatının perspektivləri” adlı məruzəsində açıqlanıb. Məruzədə qeyd edilir ki, Dünya Bankının 2018-ci il iyun ayında dərc olunmuş məruzəsində yaxın 3 ildə neftin 1 barrelinin orta qiymətinin 1 barrel üçün 69 dollar, dekabr ayında dərc olunmuş məruzədə isə 71 dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı.

Məruzədə deyilir: “2019-cu və 2020-ci illərdə neftin 1 barrelinin qiymətinin 67 dollar həddində olacağı gözlənilir. Bu, iyun ayında gözlənildiyindən 2 dollar aşağıdır”. Daha sonra qeyd edilir ki, bu proqnozlar, əvvəlki kimi çox qeyri-müəyyəndir. Bankın analitikləri deyirlər: “Neftə tələbatın artması gözlənilən bir vaxtda iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrin bazarlarında ÜDM artımının zəifləməsi üzündən bu tələbatın azalması gözlənildiyindən daha ciddi nəticə verə bilər”. Daha sonra bildirilir ki, bu vəziyyət həm də OPEK üzvü olan ölkələrin və onların tərəfdaşlarının neft hasilatı barədə necə razılığa gələcəyindən asılıdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.