İQTİSADİYYAT


Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

Bakı, 29 mart, AZƏRTAC

Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının su təchizatı və sanitariya üzrə böyük mütəxəssisi Smita Misra Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə çıxış edərək deyib. Onun sözlərinə görə, su resurslarının inventarlaşdırılması və uçotu üzrə addımlar atılacaq.

S.Misra diqqətə çatdırıb ki, bu layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığının təmin edilməsi planlaşdırılır. Azərbaycanın kənd təsərrüfatı rayonlarının su problemi yaşamamaları çox vacibdir.

O, gələcəkdə layihənin reallaşdırılacağı digər rayonların da müəyyən edilməsinin planlaşdırıldığını bildirib.

Qeyd edək ki, Azərbaycana texniki yardım proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.