DÜNYA


Dünya Bankı Efiopiyada hərbi münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası üçün qrant ayırıb

Madrid, 19 may, AZƏRTAC

Dünya Bankı Efiopiya hökumətinə hərbi münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası üçün 20 milyard birr (300 milyon dollardan çox) qrant ayırıb.

AZƏRTAC xəbər verir ki, Efiopiyanın Maliyyə Nazirliyi ilə Dünya Bankı arasında müvafiq saziş imzalanıb.

Efiopiyanın maliyyə naziri Əhməd Şaid bildirib ki, hökumət müharibədən zərər çəkmiş ərazilərə dəstək üçün artıq 97 milyon dollar ayırıb.

Dünya Bankının ayrılmış qrantı səhiyyə və təhsilə xüsusi diqqət yetirməklə, həmçinin su təchizatını təmin edən 5 milyon insanı dəstəkləməyə yönəldiləcək.

Dünya Bankının Efiopiya, Sudan, Cənubi Sudan və Eritreya üzrə regional direktoru Usman Dion da öz növbəsində münaqişə zonalarında - Afar, Amhara, Oromie, Tiqray və Benişanqul-Gumuzda gender əsaslı zorakılıq qurbanlarına yardım göstəriləcəyini bildirib.

Hərbi münaqişə 2020-ci ilin noyabrında şimaldakı Tiqray bölgəsində başlayıb və keçən il qonşu Afar və Amharada davam edib. Müharibə nəticəsində 5,5 milyard dollardan çox əmlak dağıdılıb və talan edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.