DÜNYA


Dünya Bankı Tacikistanda kənd təsərrüfatının inkişaf etdirilməsinə 58 milyon dollar vəsait ayırıb

Düşənbə, 23 iyun, АZƏRTAC

Dünya Bankı (DB) Tacikistanda kənd təsərrüfatının inkişaf etdirilməsinə və COVID-19 pandemiyasının təsirlərinin aradan qaldırılmasına 58 milyon dollar vəsait ayırıb.

AZƏRTAC DB-nin Tacikistandakı nümayəndəliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, vəsait əsasən kənd və rayonlarda özəl bölmənin, kiçik və orta biznesin, bağçılıq və bostançılığın inkişafına, yeni iş yerlərinin açılması istiqamətindəki layihələrə xərclənəcək.

Qeyd edilir ki, vəsait, həmçinin Tacikistanın kənd təsərrüfatı sahəsində çalışan elmi-tədqiqat institutlarının və Tacikistan Aqrar Universitetinin fəaliyyətlərinin genişləndirilməsinə yönəldiləcək.

Bildirilir ki, vəsaitin bir hissəsinin zərərvericilərlə, həmçinin çəyirtkə ilə mübarizə tədbirlərinə xərclənməsi nəzərdə tutulub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.