İQTİSADİYYAT


Dünya Bankı bu il Azərbaycanda ÜDM-in artımını 3,6 faiz səviyyəsində proqnozlaşdırır

Bakı, 9 yanvar, AZƏRTAC

Dünya Bankı 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 3,6 faiz səviyyəsində proqnozlaşdırır. Bu göstərici 2020-ci il üçün 3,3 faiz təşkil edəcək.

AZƏRTAC Dünya Bankının "Dünya iqtisadiyyatının perspektivləri" adlı hesabatına istinadla xəbər verir ki, bank 2021-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə Dünya Bankı Qrupuna qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.