DÜNYA


Dünya Bankı cənubi və şərqi Afrika ölkələrinə 245 milyon dollar yardım ayırıb

Madrid, 7 iyul, AZƏRTAC

Bu gün Dünya Bankı Afrikanın cənub və şərq hissələrindəki ölkələrdə infrastruktur obyektləri tikintisinin dəstəklənməsi üçün 245 milyon dollar maliyyə ayrılması qərarını təsdiq edib. Bu, Dünya Bankının Afrika qitəsində bu qəbildən olan ilk təşəbbüsüdür.

AZƏRTAC xəbər verir ki, infrastrukturun maliyyələşdirilməsinə dair regional layihə enerji, nəqliyyat, logistika və sosial sahələrdə fəaliyyət göstərən özəl şirkətlər üçün uzunmüddətli maliyyələşdirmənin genişləndirilməsinə yönəlib.

Dünya Bankının Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində regional inteqrasiya üzrə direktoru Debora Vetselin sözlərinə görə, bu vəsait quraqlıq ucbatından elektrik enerjisinin çatışmazlığını, həmçinin enerjinin ötürülməsi və paylanması zamanı yaranan ümumi itkiləri aradan qaldırmağa kömək edəcək.

Sözügedən vəsait regionda maliyyə çatışmazlığını aradan qaldırmağa və özəl sektorda əlavə 975 milyon dolların səfərbər edilməsinə yönəldiləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.