DÜNYA
Dünya Bankı yeni prezidenti aprel ayına qədər seçmək niyyətindədir
Bakı, 11 yanvar, AZƏRTAC
Dünya Bankı (DB) qurumun prezidenti vəzifəsinə namizədlərin seçimini fevralın ortalarına qədər başa çatdırmaq niyyətindədir.
AZƏRTAC bunu DB-nin mətbuat xidmətinə istinadla bildirir.
Yeni prezidenti bu vəzifədə DB-nin aprelin 14-də keçiriləcək toplantısına kimi təsdiq etmək planlaşdırılır.
Bankdan bildiriblər: “Namizədlər fevralın 7-dən 14-dək olan dövrdə təqdim edilməlidirlər. Onların namizədlikləri icraçı direktorlar və icraçı direktorlar vasitəsilə ölkə hökumətləri tərəfindən irəli sürülməlidir.
Yanvarın əvvəlində yayılan məlumata görə, DB-nin prezidenti Cim Yen Kim vəzifəsini vaxtından əvvəl tərk edəcək. Fevralın 1-dən onun səlahiyyətlərini DB-nin indiki baş icraçı direktoru Kristalina Georgiyeva icra edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]