CƏMİYYƏT


Dünya Bankının virtual dəyirmi masasında ölkəmizdə sosial rifaha dəstək tədbirləri haqqında məlumat verilib

Dünya Bankının virtual dəyirmi masasında ölkəmizdə sosial rifaha dəstək tədbirləri haqqında məlumat verilib

Bakı, 6 dekabr, AZƏRTAC

Dünya Bankı tərəfindən müxtəlif ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə “Böhran və bərpa dövründə sosial müdafiə” mövzusunda virtual dəyirmi masa keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə nazir müavini Anar Kərimov son illər pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilmiş genişmiqyaslı tədbirlər paketini diqqətə çatdırıb.

Həmin tədbirlər çərçivəsində iş yerlərinin və əməkhaqlarının qorunması, hökumət tərəfindən maliyyələşdirilən yeni iş yerlərinin yaradılması və həssas qrupların kiçik biznesə çıxışına dəstək verən özünüməşğulluq proqramının genişləndirilməsi, birdəfəlik ödəmə proqramlarının icrası və s. istiqamətlərdə görülmüş işlər qeyd edilib.

Eyni zamanda, dövlət sosial xidmətlərinə rahat çıxışı və bu xidmətlərə əlçatanlığı artıran, şəffaflığa təminat verən innovativ və rəqəmsal həllərin tətbiqindən geniş istifadə olunduğu bildirilib, həssas qruplar üçün yeni sosial xidmət mərkəzlərinin yaradıldığı diqqətə çatdırılıb.

Hazırda ölkəmizdə 110 sosial xidmətin elektron qaydada təqdim edildiyi, onların yarısının proaktiv şəkildə həyata keçirildiyi qeyd edilib. Tədbirdə ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflər barədə məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.