İDMAN


Dünya Çimərlik Oyunlarında Azərbaycanı 7 idmançı təmsil edəcək

Bakı, 10 iyul, AZƏRTAC

Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Dünya Çimərlik Oyunlarında iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar keçirilir.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildiriblər ki, seminarda ölkəmizi oyunlarda təmsil edəcək nümayəndə heyətinin rəhbəri, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev iştirak edir.

Seminar çərçivəsində iştirakçı MOK-ların nümayəndələrinə yarış obyektlərinin hazırlığı, yaşayış, nəqliyyat, akkreditasiya, qidalanma, turnir cədvəli və digər mövzularla bağlı məlumat veriləcək. Seminar iştirakçıları yarış obyektləri ilə tanış olacaqlar.

Dünya Çimərlik Oyunlarına Azərbaycanın 7 idmançısı - Kseniya Levkovska, Rostislav Pevtsov (akvatrilon), Pənah İlyaslı, İbrahim Yusubov, Kənan Əliyev, Oyan Nazariani (güləş) və Roman Heydərov (karate kata) vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.