İDMAN


Dünya Güləş Birliyi “Paris-2024”ün lisenziya reqlamentini açıqlayıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Dünya Güləş Birliyi (UWW) “Paris-2024” üçün təsnifat reqlamentini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Tokio Olimpiadasında olduğu kimi, qarşıdan gələn Olimpiya Oyunlarında da 18 (6 sərbəst, 6 yunan-Roma, 6 qadın güləşi) çəkidə 288 idmançı çıxış edəcək. Hər kateqoriyada 16 güləşçi mübarizə aparacaq.

Yenə hər ölkənin idmançıları üçün 3 lisenziya turniri Olimpiadaya vəsiqə qazanmaq şansı verəcək. 2023-cü ilin sentyabrın 16-dən 2024-cü ilin mayın 12-dək - 8 aylıq müddətdə 288 lisenziya sahibini tapacaq.

İlk lisenziya yarışı gələn ilin sentyabrında keçiriləcək dünya çempionatı olacaq. Bu dəfə fərq ondadır ki, hər olimpiya çəkisində 6 yox, 5 idmançı “Paris-2024”də iştirak hüququ əldə edəcək. Medal qazanan idmançılarla yanaşı, bürünc medal görüşündə məğlub olan 2 güləşçi arasında keçiriləcək qarşılaşmanın qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

2024-cü ildə isə əvvəlcə hər qitə üzrə təsnifat turnirlərinin finalçıları Olimpiadada yerini təmin edəcək. Sonuncu lisenziya yarışı mayda baş tutacaq. Dünya Təsnifat turnirində hər çəkidə 3 idmançı “Paris-2024”ə bilet əldə edəcək. Finalçılarla yanaşı, 3-cü yer uğrunda görüşün qalibi lisenziya qazanacaq. Bununla da Olimpiya Oyunlarının bütün iştirakçıları müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.