İDMAN
Dünya Məktəblilərinin İdman Oyunlarında “Təhsil” RİM-in yetirmələri uğurlu nəticələr əldə ediblər
Bakı, 21 sentyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda Dünya Məktəblilərinin İdman Oyunlarında “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri uğurlu nəticələr əldə ediblər.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin sərbəst güləş üzrə idmançıları Sadiq Hüseynov və Camal Abbasov birinci, Elton Məmmədov, Elgün Məmmədov, Rəvan Rəhimli, İsmayıl Əsədli ikinci, İsa Yusubov və Abdulla İbrahimov üçüncü yeri tutublar.
Qeyd edək ki, Dünya Məktəblilərinin İdman Oyunlarında ölkəmizi təmsil edən komandaların tərkibində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən karate, cüdo və sərbəst güləş idman növləri üzrə 24 idmançı iştirak edib. Onlardan 2-si qızıl, 7-si gümüş, qalanları isə bürünc medal qazanıblar.