SİYASƏT


Dunya Miyatoviş: Müharibə dayanıb, indi gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik

Strasburq, 21 aprel, AZƏRTAC

Üçtərəfli bəyanat imzalanandan sonra artıq gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik. Vəziyyətin stabilləşdirilməsi, gərginliyin azaldılması üçün diqqəti barışıq və etimadın yaradılmasına yönəltməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da Avropa İnsan haqları komissarı Dunya Miyatoviç rəhbərlik etdiyi qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabatını təqdim etdikdən sonra deputatların suallarını cavablandırarkən söyləyib.

Komissar deyib ki, müharibə hər iki tərəf üçün həssas məsələdir: “Müharibə dayanıb və indi gələcəyə baxmalıyıq. Komandamla bölgəyə səfər etməyə hər an hazırıq. Avropa Şurası olaraq bizim post-münaqişə ərazilərində işləmək öhdəliyimiz var. Hər iki ölkə gələcəyə baxmalı və gələcəyə doğru irəliləməlidir. Polemikalar buna yardım etməyəcək”.

Üçtərəfli bəyanatın icrasını diqqətlə izlədiyini deyən Dunya Miyatoviç bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı çərçivəsində müşahidələr davam edir. Onlar Ali Komissarlığının nümayəndələri ilə əlaqə saxlayır və həmkarları ilə birlikdə çalışırlar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.