İQTİSADİYYAT


Dünya Poçt İttifaqının yaranmasının 140-cı ildönümü təntənəli surətdə qeyd olunacaq

Bakı, 14 sentyabr (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 9 oktyabr - Dünya Poçt İttifaqının (DPİ) yaranmasının 140-cı ildönümünün təntənəli keçirilməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, plana əsasən, bu münasibətlə “Azərpoçt” MMC-də xüsusi tədbirin keçirilməsi, televiziya kanallarında veteran poçt işçilərinin iştirakı ilə verilişlərin təşkili və görülən işlərin kütləvi informasiya vasitələrində işıqlandırılması nəzərdə tutulur. Eyni zamanda, oktyabrın 3-də MMC-nin tabeli müəssisələrinin binalarında və onların ətrafında səliqə-sahman, abadlıq yaradılması məqsədilə iməciliklərin keçirilməsi, oktyabrın 9-dək tabeli müəssisələrdə toplantıların təşkili, bayram münasibətilə “Azərpoçt” MMC-də əl işlərindən ibarət sərginin açılması və s. nəzərdə tutulur. Bundan əlavə, oktyabrın 8-də Kürdəmir poçt filialının Qarasu və Salyan poçt filialının Şəkərli poçt şöbələrinin yeni tikilmiş binalarının istifadəyə verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.