İQTİSADİYYAT


“Dünya Sahibkarlıq Kuboku 2021”ə qeydiyyat başlayıb

Bakı, 19 mart, AZƏRTAC

“Dünya Sahibkarlıq Kuboku 2021” (EWC – Entrepreneurship World Cup) üçün müraciətlərin qəbulu açıq elan olunub.

AZƏRTAC İnnovasiyalar Agentliyinə istinadla xəbər verir ki, proqram sahibkarlara dünya səviyyəsində bizneslərini təqdim edərək 1 milyon ABŞ dolları məbləğində pul mükafatı fondu və əlavə investisiya imkanları qazanmaq, 750 min dollar qeyri-maddi dəstək əldə etmək şansı təqdim edir.

Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün “www.entrepreneurshipworldcup.com” portalına daxil ola bilərsiniz. Qeydiyyat və müsabiqədə iştirak ödənişsizdir. Son müraciət tarixi aprelin 15-dir.

Qeyd edək ki, müsabiqədə Azərbaycan Respublikasının rezidenti olan ideya, erkən və ya böyümə mərhələsində olan istənilən sahibkar və startapçılar müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.