DÜNYA


Dünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusuna yeni yoluxma formasından narahatdır

Cenevrə, 23 fevral, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatı (DST) COVID-19 koronavirusuna yeni yoluxma formalarından narahatdır. Belə ki, bəzi infeksiya halları heç cür aydın epidemoloji bağlantı (epidemiya yayılan regionla əlaqə) ilə izah oluna bilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə DST-nin baş direktoru Tedros Gebreyesus öz “Twitter” hesabında yazıb. O qeyd edib ki, çoxlu sayda insan Çinə səfər etmədən və ya orada səfərdə olmuş şəxslə təmasda olmadan COVID-19 ağciyər infeksiyasına yoluxub. Bu xəstələrin 80 faizindən artığı infeksiyanı yüngül formada keçirir və sağalacaqlarına ümid böyükdür. Digər 20 faizdə isə xəstəlik ağır formada keçir və ölüm halları istisna edilmir.

Eyni zamanda, beynəlxalq qurum koronavirusla bağlı dünyanın müxtəlif ölkələrində infeksiya ocaqlarının artmasından narahatdır. Tedros Gebreyesus bildirib ki, infeksiyanın yayılmasını dayandırmaq üçün hələ də imkanlar mövcuddur. O, qeyd edib ki, hələ də infeksiyanın qarşısının alınmasının mümkün olduğu mərhələdəyik və vaxt pəncərəsi getdikcə bağlanmaqdadır. Əgər bütün dünyada bu virusa qarşı ciddi şəkildə tədbirlər görülməsə, o zaman olduqca ağır bir problemlə üz-üzə qala bilərik.

Qeyd edək ki, hazırda dünyanın 25 ölkəsində bu infeksiyaya yoluxma halları təsdiqlənib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.